AZ

Zelenski Ukrayna SQ Birləşmiş Qüvvələrinin komandanını vəzifəsindən azad edib

Ukrayna Prezidenti Volodimir Zelenski general-leytenant Yuri Sodolun Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı vəzifəsindən uzaqlaşdırılmasına qərar verib.Bakuinfo.net “UNIAN“a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı videomüraciətində məlumat verib.Bildirilib ki, Sodolun yerinə briqada generalı Andrey Qnatov təyin ediləcək."Mən Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Yuri Sodolu briqada generalı Andrey Qnatovla əvəz etmək qərarına gəldim", - Zelenski vurğulayıb.

Seçilən
78
20
bakuinfo.net

10Mənbələr