Daşkəsən rayonunda yol-nəqliyyat hadisəsi olub, 4 nəfər xəsarət alıb. Manset.az report.az-a istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Quşçu kənd ərazisindən keçən hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar xəstəxanaya aparılıb. Zərərçəkənlərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.