EN

“Sabah”ı tərk edən legioner hansı kluba keçir?

“Sabah”dan ayrılan Kristian Silva karyerasını elə Azərbaycanda davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, “Turan Tovuz” braziliyalı futbolçunu transfer etmək istəyir.

Artıq tərəflər arasında razılıq əldə olunub. 35 yaşlı legioner yaxın günlərdə rəsmi müqaviləyə imza atmalıdır.

Qeyd edək ki, Kristian Silva “Sabah”a 2022-ci ildə Portuqaliyanın “Koimbra” klubundan transfer olunmuşdu.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
79
16
bizim.media

10Sources