EN

Neftçalada 1 nəfər Kür çayında batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

NOCOMMENT.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

APA-nın yerli bürosunun məlumatına görə, çayda batan şəxsin Neftçala rayonunun Bankə qəsəbə sakini, 25 yaşlı Babayev Rəhim Qurban oğlu olduğu bildirilir.

Chosen
161
34
nocomment.az

10Sources