EN

Yaşamaq üçün oksigenə ehtiyacı olmayan ilk canlı kəşf edilib!

     Alimlər tərəfindən kəşf edilən meduzaya bənzər quruluşa malik parazitin mitoxondrial genomu yoxdur. Bu da, tapılan parazitin mitoxondriyasız ilk çoxhüceyrəli quruluş kimi tarixə adını yazdırmasına imkan verib. Hər hüceyrədə çoxlu sayda olan mitoxondriyalar, oksigendən enerji istehsal etmək rolunu oynayır. Mitoxondrilərin olmaması isə bu canlının oksigenə ehtiyacı olmadığını göstərir.      Bu kəşf, təkcə Yerdəki həyat haqqında anlayışımızı dəyişdirmir, həm də yerdən kənar canlıların axtarışına əhəmiyyətli dəstək verir. Yerdəki həyat 1.45 milyard il əvvəl aerob tənəffüs edəcək şəkildə təkamül edib. Qırmızı qan hüceyrələri istisna olmaqla, bütün hüceyrələrimizdə mitoxondriya var. Bəzi canlılar oksigensiz nəfəs ala bilir, lakin bu canlılar tək hüceyrəlilər olaraq adlanır.      Təl-Əviv Universitetindən Dayana Yahalomi və onun komandasının tədqiq etdiyi "Henneguya salminicola" adlı quruluş, hüceyrənin içərisində oksigen olmadan yaşaya bilir. DNT analizi nəticəsində məlum olub ki, bu strukturlar təkcə mitoxondrilərini deyil, həm də əlaqəli bütün strukturları və genləri itirib. Bu kəşf sayəsində bu parazitə qarşı mübarizə üçün yeni üsullar hazırlana biləcək. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
1
technote.az

2Sources