AZ

Yaşamaq üçün oksigenə ehtiyacı olmayan ilk canlı növü kəşf edilib

Tarixdə ilk dəfə yaşamaq üçün oksigenə ehtiyacı olmayan canlı növü kəşf edilib. Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, Kosmosda həyat axtarışları davam edir. Bu tədqiqatlar ümumiyyətlə oksigenə ehtiyacı olan karbon əsaslı həyat formalarını axtarır. Digər tərəfdən, bəzi tədqiqatçılar silikon əsaslı və ya oksigensiz növlərin də mövcud ola biləcəyini iddia etdilər. Bu iddiaları dəstəkləmək üçün oksigenə ehtiyacı olmayan bir canlı növü kəşf edilib. Alimlər tərəfindən kəşf edilən meduzaya bənzər quruluşa malik parazitin mitoxondrial genomu yoxdur. Bu, tapılan parazitin mitoxondriyasız ilk çoxhüceyrəli quruluş kimi tarixə düşməsini təmin edib. Hər hüceyrədə çoxlu sayda olan mitoxondriyalar oksigendən enerji istehsalında rol oynayır. Mitoxondrilərin olmaması bu canlının oksigenə ehtiyacı olmadığını göstərirdi. Bu, həyatı anlama tərzimizi dəyişəcək Bu kəşf təkcə Yerdəki həyat haqqında anlayışımızı dəyişdirmir, həm də yerdən kənar həyatın axtarışına əhəmiyyətli dəstək verir. Yerdəki həyat 1,45 milyard il əvvəl aerob tənəffüsdən istifadə etmək üçün təkamül edib. Qırmızı qan hüceyrələri istisna olmaqla, bütün hüceyrələrimizdə mitoxondriya var. Bəzi canlılar oksigensiz nəfəs ala bilir, lakin bu canlılar tək hüceyrəlidir. Tel-Əviv Universitetindən Dayana Yahalomi və onun komandasının tədqiq etdiyi Henneguya salminicola adlı quruluş hüceyrənin içərisində oksigen olmadan yaşaya bilir. DNT analizi nəticəsində məlum olub ki, bu strukturlar təkcə mitoxondrilərini deyil, həm də əlaqəli bütün strukturları və genləri itiriblər. Bu kəşf  parazitlə mübarizə üçün yeni üsullar hazırlana bilər. Araşdırma "PNAS"da dərc edilib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
bizimyol.info

2Mənbələr