2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən "Turan Tovuz" heyətinə yeni futbolçu cəlb edib.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi yarımmüdafiəçi Tural Bayramlının transferini yekunlaşdırıb.
26 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Yunanıstan və Latviyada legioner həyatı yaşamış Tural Bayramlı karyerası ərzində "Sumqayıt", "Keşlə", "Zirə", "Səbail" və "Araz-Naxçıvan" klublarının formasını geyinib.
Bizim.Media