AZ

“Turan Tovuz”dan yeni transfer

2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən “Turan Tovuz” heyətinə yeni futbolçu cəlb edib.



Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi yarımmüdafiəçi Tural Bayramlının transferini yekunlaşdırıb.



26 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.



Yunanıstan və Latviyada legioner həyatı yaşamış Tural Bayramlı karyerası ərzində “Sumqayıt”, “Keşlə”, “Zirə”, “Səbail” və “Araz-Naxçıvan” klublarının formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərTuran Tovuz Futbol Klubu

Seçilən
68
16
komanda.az

10Mənbələr