Moskva yaxınlığındakı Fryazinoda baş verən yanğında iki nəfər ölüb.
Qaziler.az bildirir ki, bu barədə iyunun 24-də Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat verib.
“Təəssüf ki, Fryazinoda baş verən yanğında iki nəfər həlak olub. Yanğınsöndürənlər yanğını söndürməyə davam edir. Hadisə yerində 12 təcili yardım briqadası var”, - o, Telegram kanalında yazıb.
“İzvestiya”nın mənbəsinin məlumatına görə, bir nəfər yanğından xilas olmaq üçün səkkizinci mərtəbənin pəncərəsindən özünü atıb.
Rusiya Fövqəladə Hallar Nazirliyi yanğın sahəsinin 4 min kvadratmetrə çatdığını bildirib. "Moskva Aviasiya Mərkəzindən Ka-32 vertolyotu hadisə yerinə gedir", - idarənin Telegram kanalında deyilir.
Məlumata görə, yanğının söndürülməsinə 100-dən çox mütəxəssis və 40 texnika cəlb olunub.
QAZİLER.AZ