EN

Məşhur futbolçu “Mançester Yunayted”də

 “Mançester Yunayted”in keçmiş futbolçusu Rud van Nistelroy İngiltərə klubuna baş məşqçi köməkçisi kimi qayıtmağa yaxındır.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün X səhifəsində yazıb.

Daha əvvəl mətbuatda mütəxəssisin namizədliyi ilə "Mançester Yunayted"in maraqlanması ilə bağlı xəbərlər yayılmışdı. İngiltərənin "Bernli" klubu da çalışdırıcı ilə maraqlanıb və ona baş məşqçi vəzifəsini təklif edib.

Van Nistelroyun 47 yaşı var, mütəxəssisin çalışdığı son klub Hollandiya PSV olub. Van Nistelroyun rəhbərliyi altında klub 2022/23 mövsümündə Hollandiya çempionu və ölkə Superkubokunun qalibi olub. Əvvəllər o, müxtəlif yaşlarda olan PSV gənclər komandalarında çalışıb.///tass

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
57
6
ucnoqta.az

7Sources