AZ

Oyun zamanı huşunu itirən futbolçu əməliyyat olunub

2024-cü il Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda Şotlandiyalı qapıçı ilə toqquşaraq huşunu itirən macarıstanlı hücumçu Barnabas Varqa aldığı zədələrdən sonra əməliyyat olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nemzeti Sport-a idmançının atası Andras Varqa məlumat verib. “Həyat yoldaşım və mən Barninin sevgilisinin bizə göndərdiyi əməliyyatın nəticəsi ilə bağlı xəbər gözləyirik. Onun Ştutqartdakı xəstəxanadan nə vaxt çıxacağı və nə qədər vaxt keçirəcəyi hələlik məlum deyil. Ailəmiz televiziya ekranı qarşısında çətin anlar yaşadı, amma indi bir az sakitləşə bilərik” - o, deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
6
ucnoqta.az

7Mənbələr