EN

Dağıstanda terror qurbanlarına nə qədər təzminat veriləcəyi məlum oldu

Dağıstanda terror aktları nəticəsində həlak olanların ailələrinə hər birinə bir milyon rubl, həlak olanların qohumlarına da vəziyyətdən asılı olaraq 500 min rubla qədər maddi dəstək veriləcək”.

Azpost.info xəbər verir ki, bu barədə respublika rəhbəri Sergey Melikov bildirib.

Onun sözlərinə görə, terror aktlarında həlak olan bütün hüquq-mühafizə orqanlarının əməkdaşları dövlət mükafatları ilə təltif olunacaqlar.

Dağıstanda silahlıların hücumu zamanı bir din xadimi, polis əməkdaşları və mülki şəxslər olmaqla 20 nəfər həlak olub. Həmçinin 46 yaralının olduğu, onlardan yeddisinin vəziyyətinin ağır olduğu bildirilir.

Azpost.info

Chosen
153
azpost.info

1Sources