EN

Rusiyanın Ermənistandakı adamları: Simonyan bir-bir sadaladı

Ermənistan parlamentinin sədri Alen Simonyan Teleqram kanalında sorğu keçirir.

Teleqraf.com xəbər verir ki, spiker paylaşımında adlarını çəkdiyi şəxsləri Rusiya ilə işbirliyində ittiham etdi.

Sorğunun məzmunu aşağıdakı kimidir.

“Necə düşünürsünüz, katolikosun (II Qaregin) xeyir-duası və “müttəfiq”in (Rusiya) köməyi ilə Köçəryan-Serj müxalifətini növbəti siyasi mərhələdə kim təmsil edəcək?

Arman Tatoyan (keçmiş ombudsman)

Levon Köçəryan (Robert Köçəryanın oğlu, deputat)

Hayk Marutyan (İrəvanın keçmiş meri)

Andranik Tevanyan (“Ana Ermənistan” Hərəkatının lideri)

Arşak Karapetyan (keçmiş müdafiə naziri)

Samvel Şahramanyan (separatçıların başçısı)

Baqrat Qalstanyan (keşiş, “Vətən naminə Tavuş” Hərəkatının lideri)”.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
56
2
teleqraf.com

3Sources