AZ

Rusiyanın Ermənistandakı adamları: Simonyan bir-bir sadaladı - ADLAR

Ermənistan parlamentinin sədri Alen Simonyan Teleqram kanalında sorğu keçirir.

Turkustan.az xəbər verir ki, spiker paylaşımında adlarını çəkdiyi şəxsləri Rusiya ilə işbirliyində ittiham etdi.

Sorğunun məzmunu aşağıdakı kimidir.

“Necə düşünürsünüz, katolikosun (II Qaregin) xeyir-duası və “müttəfiq”in (Rusiya) köməyi ilə Köçəryan-Serj müxalifətini növbəti siyasi mərhələdə kim təmsil edəcək?

Arman Tatoyan (keçmiş ombudsman)

Levon Köçəryan (Robert Köçəryanın oğlu, deputat)

Hayk Marutyan (İrəvanın keçmiş meri)

Andranik Tevanyan (“Ana Ermənistan” Hərəkatının lideri)

Arşak Karapetyan (keçmiş müdafiə naziri)

Samvel Şahramanyan (separatçıların başçısı)

Baqrat Qalstanyan (keşiş, “Vətən naminə Tavuş” Hərəkatının lideri)”.

(teleqraf.com)

Seçilən
77
2
turkustan.az

3Mənbələr