Mövzu ilə bağlı Demokrat.az-a danışan ali dərəcəli həkim, ginekoloq Səkinəxanım İsmayilova bildirib ki, erkən nikah və erkən hamiləlik qadın bədəni üçün həddən artıq çox fəsadlar törədir.
Səkinəxanım İsmayilova vurğulayıb ki, 15-17 yaşlı orqanizm hələ mükəmməlləşməyib, möhkəmlənməyib və bir həkim kimi erkən yaşda evlənməyi düzgün hesab etmirəm:
“Adətən, 15-17 yaşında olan hamilələri heç vaxt doğuşa buraxmaq olmaz. Çünki onlar hələ buna hazır deyil. Çünki orqanizmin özü hələ yetişkənlik dövrünə çatmayıb. Ona görə də erkən yaşda hamilə pasiyent ilə qarşılaşdıqda onları ancaq keysəriyyə əməliyyatı etmək lazımdır”.
Həkimin sözlərinə görə, gələcəkdə irsi xəstəliklər üz qaşlaşmamağımız üçün qohum evlilyini məhdudlaşdırmalıyıq:
“Bundan başqa, qohum evliliyi də çox böyük fəsadlar verir. Qohumla evlilik zamanı ümumitetdə, bədəndə bir pataloji hal varsa, bu uşağa keçir. Ümumiyyətlə, evlilikdən əvvəl bütün analizlər verilməlidir. İrsi xəstəliklər, resuzlar, qan qrupunun uyğun olub-olmaması mütləq şəkildə yoxlanmalıdır ki, gələcəkdə problem ilə üz-üzə qalmayaq. Pasiyentlərimdə qohum evliliyi zamanı baş verən problemlərlə dəfələrdə rastlaşmışam. Bir xəstəm vardı 3 uşağı bətnində inkişafdan qalmışdı. 4-cü hamiləliyində 7 aylığında gəlmişdi. Doğumuna az qalmışdı. Doğuşdan 24 saat sonra körpə həyatını tirdi. Körpədən götrülən analizlər nəticəsində onda irsi xəstəlik olduğu üzə çıxdı. Daha sonra məlum oldu ki, həmin qadın öz qohumu ilə evlənmişdi. Buna görə də, qohum evliliyinin tamamilə əksinəyəm”.
Əfsanə Rəcəb
Demokrat.az
7Sources
-
olke.azHəkimdən AÇIQLAMA: "15-17 yaşlı hamilələri doğuşa buraxmaq olmaz" ( 7903115)
-
far.azSosialHəkimdən AÇIQLAMA: "15-17 yaşlı hamilələri doğuşa buraxmaq olmaz" ( 7900427)
-
sonxeber.azHəkimdən AÇIQLAMA: "15-17 yaşlı hamilələri doğuşa buraxmaq olmaz" ( 7899845)
-
big.azHəkimdən AÇIQLAMA: "15-17 yaşlı hamilələri doğuşa buraxmaq olmaz" ( 7899752)
-
moderator.azHəkimdən AÇIQLAMA: "15-17 yaşlı hamilələri doğuşa buraxmaq olmaz" ( 7899071)
-
konkret.azHəkimdən AÇIQLAMA: “15-17 yaşlı hamilələri doğuşa buraxmaq olmaz” ( 7898816)
-
demokrat.az“15-17 yaşlı hamilələri doğuşa buraxmaq olmaz” — HƏKİMDƏN AÇIQLAMA ( 7894667)