AZ

SosialHəkimdən AÇIQLAMA: "15-17 yaşlı hamilələri doğuşa buraxmaq olmaz"

SİZİN REKLAM BURADA!055 213 76 73   Far.Az xəbər ki, mövzu ilə bağlı demokrat.az-a danışan ali dərəcəli həkim, ginekoloq Səkinəxanım İsmayılova bildirib ki, erkən nikah və erkən hamiləlik qadın bədəni üçün həddən artıq çox fəsadlar törədir.   Səkinəxanım İsmayılova vurğulayıb ki, 15-17 yaşlı orqanizm hələ mükəmməlləşməyib, möhkəmlənməyib və bir həkim kimi erkən yaşda evlənməyi düzgün hesab etmirəm:   "Adətən, 15-17 yaşında olan hamilələri heç vaxt doğuşa buraxmaq olmaz. Çünki onlar hələ buna hazır deyil. Çünki orqanizmin özü hələ yetişkənlik dövrünə çatmayıb. Ona görə də erkən yaşda hamilə pasiyent ilə qarşılaşdıqda onları ancaq qeysəriyyə əməliyyatı etmək lazımdır".   Həkimin sözlərinə görə, gələcəkdə irsi xəstəliklərlə üz-üzə qalmamağımız üçün qohum evliliyini məhdudlaşdırmalıyıq:   "Bundan başqa, qohum evliliyi də çox böyük fəsadlar verir. Qohumla evlilik zamanı immunitetdə, bədəndə bir patoloji hal varsa, bu uşağa keçir. Ümumiyyətlə, evlilikdən əvvəl bütün analizlər verilməlidir. İrsi xəstəliklər, qan qrupunun uyğun olub-olmaması mütləq şəkildə yoxlanılmalıdır ki, gələcəkdə problem ilə üz-üzə qalmayaq. Pasiyentlərimdə qohum evliliyi zamanı baş verən problemlərlə dəfələrdə rastlaşmışam. Bir xəstəm vardı, 3 uşağı bətnində inkişafdan qalmışdı. 4-cü hamiləliyində 7 aylığında gəlmişdi. Doğumuna az qalmışdı. Doğuşdan 24 saat sonra körpə həyatını itirdi. Körpədən götürülən analizlər nəticəsində onda irsi xəstəlik olduğu üzə çıxdı. Daha sonra məlum oldu ki, həmin qadın öz qohumu ilə evlənmişdi. Buna görə də, qohum evliliyinin tamamilə əksinəyəm". Far.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
7
far.az

7Mənbələr