EN

"Qarabağ" və "Sabah"ın maraqlandığı futbolçu Almaniya klubunun hədəfində

Adı "Qarabağ" və "Sabah"la yanaşı hallanan Aleksey Kaşukun Almaniyaya yollanmaq ehtimalı yüksəkdir. Sport24.az "Legioners.ua" portalına istinadən xəbər verir ki, Düsseldorfun "Fortuna" klubu "Şaxtyor"unun yarımmüdafiəçisi ilə aktiv şəkildə maraqlanır.
 
Almaniya klubunun nümayəndələri artıq bu il iyunun sonunda "Şaxtyor"la müqaviləsi başa çatacaq 23 yaşlı futbolçu ilə əlaqə saxlayıblar. "Fortuna" 2023/24 mövsümündə Almaniya ikinci divizionunda üçüncü yeri tutsa da, pley-offda "Bohum"a uduzaraq Bundesliqaya vəsiqə qazana bilməyib.
 
Qeyd edək ki, Kaşuk son mövsümdə Donetsk klubunun heyətində 12 oyun keçirib, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Chosen
56
50
sport24.az

10Sources