AZ

"Qalatasaray"ı "Zenit"ə dəyişir?

"Qalatasaray" klubunun cinah futbolçusu Barış Yılmazın "Zenit"ə mümkün transferi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Euro-Futbol.Ru internet nəşri məlumat verib.

24 yaşlı futbolçu Rusiya çempionatına keçməyi planlaşdırmır. "Qalatasaray" onu qarşıdakı mövsümdə saxlamaq niyyətindədir, lakin ciddi təklifləri nəzərdən keçirməyə hazırdır. Eyni zamanda futbolçunun özü də karyerasını Bundesliqa və ya Premyer Liqada davam etdirmək istəyir.

2023/24 mövsümündə Yılmaz bütün turnirlər daxil olmaqla 55 matçda meydana çıxıb, 7 qol vurub və 12 məhsuldar ötürmə verib. Daha əvvəl "Zenit"in türk cinah oyunçusu üçün 8 milyon avro təklif etdiyi bildirilirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
50
90deqiqe.az

10Mənbələr