Bakı. Trend:
Avrokuboklarda 2024/25 mövsümünün startına 15 gün qalıb.
Trend İdman.biz-əistinadən xəbər verir ki, qitə miqyaslı turnirlərin startıərəfəsində Avropa Liqasında ən çox oyun keçirən futbolçularaçıqlanıb.
“Top-50”də Azərbaycanın üç təmsilçisi yer alıb. İkinci dərəcəliklub turnirində 73 matç keçirən Maksim Medvedev 12-ci yerəşərikdir. O, Mehmet Topal və Daniel Karrisu ilə eyni göstəriciyəmalikdir. 66 oyuna çıxan Rəşad Sadıqov 30-cu, iki matç geri qalanQara Qarayev 41-cidir.
Futbolçularımız dəqiqə sayında da ön sıralardadır. Medvedev5963, Sadıqov 5902 dəqiqə meydanda olub. Onlar müvafiq olaraq 16-cıvə 17-cidir. Qarayev (5206) 37-ci yerdədir.
Qeyd edək ki, hər iki göstəricidə Cüzeppe Berqomi liderdir.“İnter”in italiyalı futbolçusu 96 matçda 8477 dəqiqə şansqazanıb.