EN

Türkiyədə yol qəzası olub, 7 nəfər yaralanıb

Türkiyənin Sivas şəhərində ağır yol qəzası olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Sivas-Ankara avtomobil yolunun Yıldızeli rayonunundan keçən hissəsində nəqliyyat vasitəsinin aşması nəticəsində 7 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım, polis və jandarma qrupları cəlb edilib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Zərif Sofiyeva

Chosen
179
e-huquq.az

1Sources