EN

«Unibank» və «Bank of Baku»da əmək haqqı nə qədərdir? – MƏBLƏĞLƏR

«Unibank» və «Bank of Baku»da əmək haqqı nə qədərdir? – MƏBLƏĞLƏR

Azərbaycanın bank sektorunun ən aktiv üzvlərindən olan «Unibank» və «Bank of Baku»da personala ödənilən orta aylıq əmək haqları məlum olub.

FED.az-ın hesablamasına görə, 2023-cü ilin nəticələrinə görə, «Unibank»da bir işçiyə çəkilən orta aylıq əmək haqqı xərci 2 805 manat təşkil edib. «Bank of Baku»da isə bir işçiyə çəkilən orta aylıq əmək haqqı xərci 2 813 manat olub.

Xatırladaq ki, ümumilikdə 2023-cü ildə “Unibank”da işçilərin əmək haqqı xərclərinə 64 milyon manat sərf edilib. «Bank of Baku»da isə bu məbləğ 30,4 milyon manat olub.

Chosen
64
9
fed.az

10Sources