Ukrayna dünən ABŞ raketləri ilə Krımın Sevastopol şəhərinə hava hücumu həyata keçirib.
News24.az xəbər verir ki, hücumlarla bağlı açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov hücumu vəhşilik adlandırıb.
Sözçü ABŞ-ı Krım hücumundan sonra rus uşaqları öldürməkdə ittiham edib.
Qeyd edək ki, Sevastopol vilayətinin qondarma qubernatoru Mixail Ravocayev ötən gün Ukrayna ordusunun Sevastopola raket hücumu nəticəsində 3 nəfərin öldüyünü, 100 nəfərin yaralandığını bildirib.
Rusiya Müdafiə Nazirliyi də hücumun ABŞ istehsalı olan “ATACMS” çoxluqlu taktiki raketlərlə həyata keçirildiyini və buna görə məsuliyyətin ABŞ-ın olduğunu açıqlayıb.
Günel Məlikzadə