EN

İbrahim Çelikkol qəzaya düşdü - FOTOlar

Türkiyəli aktyor İbrahim Çelikkol qəzaya düşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor hadisə zamanı motosiklet idarə edib. O, son anda yanacaqdoldurma məntəqəsinə daxil olmaq qərarı alan avtomobilə çırpılıb.

Motosikletdən yerə yıxılan İbrahim qabırğalarından və çiynindən yaralanıb. Qəzanın ardından o, toqquşduğu avtomobilin sürücüsü və ətrafdakıların yardımı ilə xəstəxanaya aparılıb. Aktyorun ciddi xəsarət almadığı bildirilib.

Qeyd edək ki, İbrahim son olaraq "Gaddar" serialında rol alıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Chosen
120
17
milli.az

10Sources