İsrail ordusunun Livan Hizbullahına qarşı hücum əməliyyatları keçirməsi İranın da iştirak edəcəyi münaqişəyə səbəb ola bilər.
Medianews.az xəbər verir ki, bu barədə ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun deyib.
“Şiələr döyüş potensialına və silahların sayına görə fələstinliləri üstələdiyi üçün “Hizbullah” HƏMAS-dan daha çox İDF üçün təhlükə yaradır. Məncə, İran Hizbullaha daha çox dəstək verməyə meylli olacaq. Bütün bunlar regionda münaqişənin genişlənməsinə töhfə verə bilər”, – general bildirib.
Qeyd edək ki, bundan öncə İsrailin xarici işlər naziri İsrael Katz İsrail hakimiyyətinin Livanla bağlı lazımi qərarları tezliklə qəbul edəcəyini bildirmişdi.
Ayşən