EN

“Sabah”ın rəqibində 2 ayrılıq

“Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Makkabi” 2 futbolçusu ilə vidalaşıb.

İdman.biz xəbər verir ki, İsrail təmsilçisi yerli “Beytar”da (Yerusalem) icarədə olan müdafiəçi Uri Dahanı bu klubu satıb.

Paytaxt təmsilçisi hayfalıların mərkəz yarımmüdafiəçisi Yarin Levini də heyətlərinə qatıblar. 18 yaşlı gənc futbolçu icarə əsasında bu klubda oynayacaq.

Qeyd edək ki, “Sabah” “Makkabi”yə qarşı ilk oyununu iyulun 25-də səfərdə keçirəcək. Cavab matçı 1 həftə sonra Bakıda olacaq.

İdman.biz

Chosen
97
1
idman.biz

3Sources