AZ

“Sabah”ın rəqibi iki futbolçuyla vidalaşdı

“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Makkabi” 2 futbolçusu ilə vidalaşıb.

"Football-plus.az" xəbər verir ki, İsrail təmsilçisi yerli “Beytar”da (Yerusalem) icarədə olan müdafiəçi Uri Dahanı bu kluba satıb.

Paytaxt təmsilçisi hayfalıların mərkəz yarımmüdafiəçisi Yarin Levini də heyətlərinə qatıblar. 18 yaşlı gənc futbolçu icarə əsasında sözügedən klubda oynayacaq.

Qeyd edək ki, “Sabah” “Makkabi”yə qarşı ilk oyununu iyulun 25-də səfərdə keçirəcək. Cavab matçı bir həftə sonra Bakıda olacaq.

Seçilən
91
1
football-plus.az

3Mənbələr