İyulun 2-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Dəmir Bank” ASC-nin, iyulun 4-də “Atabank” ASC-nin, iyulun 11-də isə “AGBank” və "Bank of Azerbaijan" ASC-lərin, “Bank Standard” QSC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.
Mia.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.