EN

Dağıstanda üçgünlük matəmə səbəb olan hücumun görüntüləri – VİDEO YAYILDI

Dağıstanda hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum anı və sinaqoqda baş verən yanğın hadisə şahidləri tərəfindən lentə alınıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, videolardan birində asayiş keşikçiləri polis maşınının arxasında gizlənərək terrorçularla atışırlar.

Xatırladaq ki, dünən, iyunun 23-də Moskva vaxtı ilə saat 19:00 radələrində Dağıstanda baş vermiş terror aktı barədə məlumat yayılınb. Dərbənddə silahlılar Müqəddəs Məryəm Şəfaət kilsəsinə və Kələ-Numaz sinaqoquna hücum edərək yandırıblar. Mahaçqalada yol polisi postu, sinaqoq və Müqəddəs Fərziyyə kilsəsi atəşə tutulub.

Terror aktı nəticəsində 15-dən çox polis əməkdaşı və mülki şəxs həlak olub. Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qayana Qariyeva bildirib ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində dörd yaraqlı məhv edilib. Dağıstanda üçgünlük matəm elan edilib.

Hadisə şahidlərinin çəkdiyi görüntüləri təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
20
konkret.az

10Sources