AZ

"SAVAŞ EVİMİZƏ GƏLDİ..." - Dağıstan rəhbəri iki şəhərdəki görünməmiş silalı insidentdən yazdı

Dağıstanda vilayətində ötən gün baş verən silahlı insidentdə 15 polis əməkdaşı həlak olub.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, terrorçular polis bölməsi, sinaqoq və iki kilsəni hədəf alıblar.

Dağıstan Muxtar Respublikasının prezidenti Sergey Melikov "Telegram" kanalındakı yazısında Mahaçqala və Dərbənd şəhərlərində polis postu, sinaqoq və iki kilsəyə hücum olduğunu təsdiqləyib: "Bu, terror hücumu idi. Bunun arxasında kimin dayandığını və bu hücumların təşkilatçılarının nəyi hədəflədiyini bilirik. Evimizə müharibə gəlib. Dağıstan polisi terroru icra edənlərə qarşı qətiyyətlə dayandı. Bu görünməmiş terror aktında 15-dən çox polis əməkdaşı həyatını itirdi. Onlar əllərində silahla Dağıstanda sülh və əmin-amanlığı canları ilə qorudu. Ölənlər arasında bir keşiş daxil, bir neçə mülki şəxs də var...".

Mahaçqala və Dərbənddə antiterror əməliyyatının aktiv mərhələsinin başa çatdığını bildirən Məlikovun sözlərinə görə, 6 terrorçu zərərsizləşdirilib: "Xarici güclər tərəfindən hazırlanan bütün planlar və terrorçu hücrələrinin aşkarlanması üçün lazımi işlər aparılır..".

Samir Musayev

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
20
mia.az

10Mənbələr