Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turunun İsveçrə - Almaniya görüşü başa çatıb.
Sportinfo.az xəbər verir ki, Frankfurtdakı "Valdştadion"da keçirilən matç 1:1 hesabı ilə yekunlaşıb.
Hesabı 28-ci dəqiqədə isveçrəlilərdən Dan Ndoye açıb. Meydan sahibləri 90+2-ci dəqiqədə Niklas Fullkruqla "status-kvo"nu bərpa edib.
Bu nəticənin ardından A qrupunda xallarının sayını 7-yə çatıdran Almaniya birinci, xal ehtiyatını 5-ə çatdıran İsveçrə isə ikinci olub. Hər iki komanda AVRO-2024-ün 1/8 finalına yüksəlib.
1 | Almaniya | 3 | 2 | 1 | 0 | 8-2 | 7 |
2 | İsveçrə | 3 | 1 | 2 | 0 | 5-3 | 4 |
3 | Macarıstan | 3 | 1 | 0 | 2 | 2-5 | 3 |
4 | Şotlandiya | 3 | 0 | 1 | 2 | 2-7 | 1 |