EN

ABŞ və Uruqvay millilərindən inamlı qələbə

ABŞ-də keçirilən futbol üzrə Amerika Kubokunda daha iki oyun baş tutub.

Apasport.az xəbər verir ki, C qrupunda iki matç gerçəkləşib.

ABŞ millisi Boliviyanı iki cavabsız qolla üstələyib. 3-cü dəqiqədə Kristian Pulişiç, 43-cü dəqiqədə Folarin Balogun fərqlənib.

Digər görüşdə Uruqvay Panamanı 3:1 hesabı ilə məğlub edib. Birincilərdə Maksimiliano Arauxo, 85-ci dəqiqədə Darvin Nunyes, 90+1-ci dəqiqədə Matias Vina adını taploya yazdırıb. Panamanın təsəlli qoluna 90+5-ci dəqiqədə Maykl Murillo imza atıb. "Turan Tovuz" klubunun panamalı legioneri Roderik Miller bu oyunda sonadək meydanda olub.

Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
91
1
apasport.az

8Sources