AZ

"Turan Tovuz"un legioneri oynadı, komandası uduzdu - Amerika Kuboku

ABŞ-də keçirilən futbol üzrə Amerika Kubokunda daha iki oyun keçirilib.

Prosport.Az xəbər verir ki, C qrupunda iki matç oynanılıb. Meydan sahibləri Boliviyanı iki cavabsız qolla üstələyib. 3-cü dəqiqədə Kristian Pulişiç, 43-cü dəqiqədə Folarin Balogun fərqlənib.

Digər görüşdə Uruqvay Panamanı 3:1 hesabı ilə məğlub edib. Birincilərdə 16-cı dəqiqədə Maksimiliano Arauxo, 85-ci dəqiqədə Darvin Nunyes, 90+1-ci dəqiqədə Matias Vina adını tabloya yazdırıb. Panamanın təsəlli qoluna 90+5-ci dəqiqədə Maykl Murillo imza atıb. "Turan Tovuz" klubunun panamalı legioneri Roderik Miller bu oyunda sonadək meydanda olub.

Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
1
prosport.az

8Mənbələr