Almaniya millisinin qolkiperi Manuel Noyer Avropa çempionatlarının tarixinə düşüb.
KONKRET.az-ın məlumatına görə, ötən gecə İsveçrə ilə görüşdə meydana çıxan Noyer 18-ci dəfə qarşılaşma keçirərək Avropa çempionatlarında ən çox oyuna çıxan qolkiper adına yiyələnib.
O, 17 oyunda meydana çıxan Cianluici Buffonu qabaqlayıb.
Qeyd edək ki, Almaniya İsveçrə görüşü 1:1 hesablı heç-heçə ilə başa çatıb. (Oxu.az)