EN

Avro-2024: A qrupunda bütün oyunlar başa çatdı – Video


Avro-2024-ün A qrupunun üçüncü turunda Almaniya ilə 1:1 hesablı heç-heçə edən İsveçrə yığması 1/8 finala vəsiqə qazanıb.
Yeniavaz.com
xəbər verir ki, ilk hissədə İsveçrə yığması iki qələbədən sonra artıq 1/8 finala vəsiqəni təmin etmiş almanlardan üstün olub.
Belə ki, 28-ci dəqiqədə İsveçrə millisinin və İtaliya “Bolonya”sının hücumçusu Dan Ndoye topu Manuel Noyerin müdafiə etdiyi qapıdan keçirib.
İkinci hissənin ikinci əlavə olunmuş dəqiqəsində Dortmund “Borussiya”sının hücumçusu Niklas Fulkruq cavab qolunu vurub.

Almaniya 7 xalla A qrupunu birinci sırada tamamlayıb. İsveçrə isə 5 xalla ikinci olub və mübarizəni 1/8 finalda davam etdirəcək.
A qrupundakı digər qarşılaşmada isə Macarıstan yığması şotlandları 1:0 hesabı ilə məğlub edib.
Əlavə edilmiş 10-cu dəqiqədə Kevin Çobota fərqlənib.

Macarıstan hazırda 3 xalla A qrupunda üçüncüdür və bütün qruplarda üçüncü yeri tutan komandaların nəticələrini gözləyəcək. Üçüncü yeri tutmuş ən yaxşı nəticə göstərən dörd komanda pley-offa çıxacaq. Şotlandiya isə 1 xalla A qrupunda sonuncu olub və mübarizəni tərk edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
31
33
yeniavaz.com

10Sources