İndi Əli Kərimlinin məntiqi ilə seçki hansı havada keçirilməlidir?
Qışdamı, yaydamı, payızdamı, yoxsa ağaclar çiçək açanda?
2008-ci ildə prezident seçkiləri noyabrda keçirilmişdi. Müxalifət “yağış yağır” bəhanəsi ilə seçkiyə getmədi.
2015-ci il parlament seçkilərində də onlar üçün “yağış” yaxşı bəhanə idi.
2018-ci ildə prezident seçkiləri fevralın soyuğunda baş tutmuşdu. Müxalifət də “bu soyuqda seçki olar?” deyib isti sobanın yanından ayrılmadı.
2020-ci ildə parlament seçkiləri yenə “qışın oğlan çağında” idi, müxalifət yenə özünü soyuğa vermək istəmədi.
İndi də yenə havanı bəhanə edir, “bu istidə seçki olar” deyirlər, çünki əllərində başqa bəhanələri yoxdur. Bəlkə Əli Kərimli başda olmaqla müxalifət üçün seçkini “çıxmaz ayın son çərşənbəsinə” təyin etmək lazımdır?!
Əli Kərimlinin seçki ilə bağlı “hava bəhanəsi” Molla Nəsrəddinin eşşəyini yada salır.
Bir gün Molla Nəsrəddin oğlu ilə səfərə çıxır. Molla oğlunu eşşəyə mindirir, özü isə piyada gedir. Qarşıdan gələn bir dəstə adam gileylənir ki, “bu da indiki cavanlar, heç böyüyə hörmət etmirlər, o boyda sağlam cavan eşşəyə minib, ancaq yazıq qoca piyada gedir”.
Bu qınaqdan utanan Mollanın oğlu eşşəkədən düşür, atasını mindirir.
Qarşıdan gələn başqa bir dəstə deyir: “Bunlara bir baxın. O boyda kişi eşşəyə minib, yazıq uşaq piyada gedir”. Bu sözdən sonra hər ikisi eşşəyə minir.
Qarşıdan gələn başqa bir dəstə deyir: “Bunlara baxın, iki adam minib eşşəyə, yazıq heyvan nəfəs ala bilmir”.
Bu dəfə nə molla, nə də uşaq eşşəyə minmir. Onlar piyada yola düzəlirlər. Qarşıdan gələn başqa dəstə deyir: “Bu axmaqlara baxın. Günün altında piyada gedirlər, atıla-atıla gedən eşşəyə minmirlər”.
Axırda mollanın əlacı kəsilir, eşşəyi bellərinə mindirirlər. Onda da camaat gülür ki, “bunlarda ağıl yoxdur”.
İndi Əli Kərimli və dəstəsinə “tövbə” yoxdur, nə baş verir, versin, nə olur olsun, mütləq bir bəhanə tapacaqlar.
Vaqif Hüseynli
Demokrat.az
10Sources
-
musavat.comKar, kor, lüt və çılpağın əhvalatı ( 8309441)
-
anews.azValideyn məktəbə gəlmirsə, məktəb evə getməlidir..Və ya necə ideal məktəb yaradaq? - MÜSAHİBƏ ( 8267747)
-
newscenter.azAstanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub ( 8245223)
-
musavat.comYeni taksi qaydaları başladı - qiymətlər bahalaşdı və ... ( 8177225)
-
musavat.comArtan qətllər, intihar və kriminallar - səbəb... ( 8174114)
-
musavat.comDələduzluğa qarşı əsrarəngiz humanizm və onun qanlı nəticələri ( 8132537)
-
news365.azÜç polis əməkdaşı və bir mülki şəxsin ölümündə günahkar kimdir? ( 8107238)
-
gundem.azÜç polisin qatilini hakimlər necə himayə edib? - Çingiz Qənizadə böyük məbləğlər açıqladı ( 8106404)
-
yenisabah.azÜç polis əməkdaşı və bir mülki şəxsin ölümündə günahkar kimdir? ( 8105399)
-
baki-xeber.comNeft Fondu Ərəb Əmirliklərinin təhsilinə 100 milyon dollar qoydu -işin faydaları, ziyanı və risqləri... ( 8102669)