EN

Mahaçqalada 4 terrorçu məhv edildi, şəhərdən çıxışa qadağa qoyuldu

Mahaçqalada polis əməkdaşlarına hücumda iştirak edən 4 hücumçu məhv edilib.

Turkustan.az xəbər verir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanları terrorçularla əlbir şəxslərin şəhərdən qaçışının qarşısını almaq üçün Mahaçqaladan çıxışa qadağa qoyub.

“Mahaçqaladan çıxış təhlükəsizlik qüvvələri tərəfindən bağlanıb. Əldə olan məlumata görə, silahlıların əlaltıları qaçmağa və şəhəri tərk etməyə cəhd edə bilər”, – deyə qeyd edilib./globalinfo.az/

Chosen
110
2
turkustan.az

3Sources