İranda sünnilər seçkiyə qatılmayacaqlarını bildirirlər.
Â
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Â
"Sünni cəmiyyət seçkidə iştirak etməyəcək", - deyə İranın Mehristan şəhərinin cümə imamı bildirib.
Â
İranın Mehristan şəhərinin cümə imamı Mövləvi Abdullah Kord bəluç əhaliyə və sünni icmasına qarşı mövcud ayrı-seçkiliyə də toxunub.
Â
"Biz sünni icması savaba səs vermirik və həll edilməmiş tələblərimiz var. Buna görə də, biz 14-cü hökumətin seçkilərində iştirak etməyəcəyik.
Â
Biz sünni camaatı İran sərhədlərində itkilər verdik, amma nə fayda gördük və hökumətlərdə harada yerimiz oldu?
Â
Xalqın bizə verdiyi tribunadan öz tələblərini bildirmək, xalqın sözünü, istəklərini açıqlamaq öhdəliyimiz var.
Â
İnsanlar bu ayrı-seçkiliklərə, təzyiqlərə baxmayaraq seçkilərə qatılmayacaqlar", - o bildirib.