EN

Həccdə ölənlərin sayı 1100-ü keçdi

Həcc ziyarəti zamanı həlak olan sayı 1100-ü keçib.

Turkustan.az xəbər verir ki, bu barədə TASS ərəb ölkələrinin rəsmi qurumlarına istinadən bildirir.

Məlumata görə, ölənlərin 672-si misirlidir. Onlardan yalnız 31-nə Səudiyyə Ərəbistanı hakimiyyəti xüsusi viza verib. Qalanları isə zəvvar kimi qeydiyyata alınmayıb və qeyri-qanuni həcc ziyarəti edib.

Qeyd edək ki, bu il Həcc ziyarəti zamanı Məkkədə havanın temperaturu, demək olar, 52 dərəcəyə çatıb.

Chosen
159
20
turkustan.az

10Sources