EN

Netanyahu: ABŞ-dən silah tədarükü bərpa olunmalıdır

ABŞ-dən İsrailə silah tədarükünün bərpası məsələsi yaxın gələcəkdə həll edilməlidir.Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında deyib.“Təxminən dörd ay əvvəl ABŞ-dən İsrailə silah təchizatında azalma oldu. Bu məsələnin yaxın gələcəkdə həll olunacağına inanıram”, – Baş nazir bildirib.ABŞ Prezidenti Cozef Bayden mayın 8-də CNN telekanalına müsahibəsində bildirib ki, İsrail Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyat keçirəcəyi təqdirdə silah tədarükünü dayandırılacaq. Mayın 10-da Ağ Evdən bildirilib ki, bu, tədarükün dayandırılması deyil, fasilədir.Ötən gün İsrailin müdafiə naziri Yoav Qalant ABŞ-yə səfər edib. İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin qeyd etdiyi kimi, tərəflər hərbi sahədə əməkdaşlığı da müzakirə edəcəklər.Havar Şəfiyeva 

Chosen
78
50
elchi.az

10Sources