Sabirabadda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.
"Report”un Aran bürosunun məlumatına görə, bunlar rayon sakinləri, 1995-ci il təvəllüdlü Alışov Elvin Məhərrəm oğlu, 1984-cü il təvəllüdlü Alışova Aynur Nəsib qızı, 1995-ci il təvəllüdlü Əsgərova Aysel Natiq qızı, 2014-cü il təvəllüdlü əsgərli Zeynəb Rahim qızı, 2014-cü il təvəllüdlü Alışov Nəsib Elvin oğlu və Ağsu rayon sakini, 1986-cı il təvəllüdlü Cəfərov Vüqar Bəyalı oğludur.
Yaralı A.Əsgərova Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha iki yaralının isə Bakıya göndəriləcəyi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.
19:13
Sabirabadda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.
"Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaralar kəndi ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.