Macarıstan yığmasının baş məşqçisi Marko Rossi AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Şotlandiya yığması ilə qarşıdakı oyundan danışıb.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Düşünürəm ki, Şotlandiya yığması həmişə aqressivdir. Düşünürəm ki, o, ilk iki oyunda aqressiv oynamaq istəyirdi. Sabah bu qədər aqressiv olub-olmayacağına baxacağıq. Şotlandiya yığması ilə biz eyni gəmidəyik: hamı üç xal istəyir. Bu mütləqə çata bilsək, növbəti mərhələyə keçməmizə kömək edə bilər”, deyə Marko Rossi açıqlayıb.
Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin sonuncu, 3-cü turu çərçivəsində keçiriləcək “A” qrupunun Şotlandiya – Macarıstan oyunu bu gün, iyunun 23-də Ştutqartın “Mersedes-Bents” stadionunda baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.
3-cü tur ərəfəsində “A” qrupunun yarış cədvəlindəki mənzərəsəni təqdim edirik:
- Almaniya – 6 xal
- İsveçrə – 4
- Şotlandiya – 1
- Macarıstan – 0
Vurğulayaq ki, Almaniya yığması qrup mərhələsinin son turunun nəticəsindən asılı olmayaraq, 1/8 final mərhələsinə vəsiqəsini artıq təmin edib.