Braziliya millisinin sabiq üzvü Vaqner Lav karyerasını bitimək fikrində deyil.
QOL.az xəbər verir ki, 40 yaşlı hücumçunun yeni klubu da müəyyənləşib.
O, Braziliyanın "Avai" klubu ilə 1 illik müqavilə bağlayıb. Bu barədə B seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Vaqner Lav buna qədər 12 klubda çıxış edib. Onların arasında "Palmeyras", "Flamenqo", SSKA (Moskva), "Monako" və "Beşiktaş" da var.