EN

İrəvanda oteldə partlayış: xəsarət alan var

İrəvandakı “Ararat Resort” otel kompleksinin nəzarət-buraxılış məntəqəsində qaz sızması nəticəsində partlayış baş verib.
BUTA.TV erməni mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində təhlükəsizlik işçisi yaralanıb. Hadisə iyunun 23-də səhər saat 07:30 radələrində baş verib. Oteldən qeyd ediblər ki, xəsarət alan işçinin 39 yaşı var və İrəvandakı Milli Yanıq Mərkəzinə aparılıb.

Partlayış nəticəsində məntəqənin şüşələri sınıb.

Chosen
83
4
buta.tv

5Sources