İspaniya yığması ciddi itki ilə üzləşib.
“Football-plus.az” xəbər verir ki, Rodri AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunun Albaniya ilə oyununda meydana çıxa bilməyəcək. “Mançester Siti”nin yarımmüdafiəçisi İtaliya ilə matçda sarı vərəqə alıb. Xorvatiya ilə ilk turun oyununda (3:0) da xəbərdarlıq alan futbolçu cəzalı duruma düşüb.
Albaniya - İspaniya matçı iyunun 24-də keçiriləcək. Qeyd edək ki, İspaniya yığması artıq pley-offa vəsiqəni təmin edib.