İyunun 15-dın Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bir həftəlik gündəlik çalışmaların ardından yoxlama görüşündə qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, Rəşad Sadıqovun komandasının Boludakı ilk yoxlama oyununda rəqib Rusiya "Orenburq"u olub.
Matç rəqibin 2:1 hesablı qələbəsiylə başa çatıb.
"Zirə" Türkiyədə növbəti sınağını 25 iyunda Rumıniya təmsilçisi "Harmştad"a qarşı keçirəcək.