Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında meydana azarkeş girib. Manset.az-ın məlumatına görə, hadisə 82-ci dəqiqədə baş verib. Azyaşlı fanat ulduz hücumçu Kriştianu Ronalduya tərəf qaçıb və onunla şəkil çəkdirib. Azarkeşin stadiondan çıxarılmasından sonra qarşılaşma davam etdirilib. Qeyd edək ki, Portuqaliya komandası hazırda 3:0 hesabı ilə öndədir.