Ankara Türkiyənin Suriya və İraqla sərhədinə yaxın ərazidə 12 nəfərin ölümü, 78 nəfərin yaralanması ilə nəticələnən kənd təsərrüfatı sahəsindəki yanğını nəzarətə götürüb.BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, yanğın cümə axşamı axşam saatlarında samanın yanması nəticəsində başlayıb və güclü külək səbəbindən yayılıb.