Ukrayna bir gündə Avropadan elektrik enerjisi idxalında rekord artım etməyi planlaşdırır. Kiyev saatda 33,559 min meqavata qədər enerji almaq istəyir.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin Teleqram kanalı məlumat yayıb
"Bu, son dövrlərdə elektrik enerjisinin maksimum alışıdır", - məlumatda vurğulanıb.
Ukraynanın energetika naziri German Qaluşenko isə qeyd edib ki, ölkə elektrik enerjisi istehsal gücünün yarısını itirib.