AZ

Kiyev Avropadan rekord miqdarda enerji idxal edəcək

Ukrayna bir gündə Avropadan elektrik enerjisi idxalında rekord artım etməyi planlaşdırır. Kiyev saatda 33,559 min meqavata qədər enerji almaq istəyir.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin Teleqram kanalı məlumat yayıb.

Xüsusilə vurğulanır ki, Ukrayna elektrik enerjisi ixrac etmək niyyətində deyil: "Bu, son dövrlərdə elektrik enerjisinin maksimum alışıdır".

Ukraynanın energetika naziri German Qaluşenko isə qeyd edib ki, ölkə elektrik enerjisi istehsal gücünün yarısını itirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
6
ikisahil.az

10Mənbələr