EN

Yül maşını məktəbin qarşısında qadını vurub öldürdü

Bakının Binəqədi rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, qəza Binəqədi qəsəbəsində, 179 saylı məktəbin qarşısında qeydə alınıb. Belə ki, idarəetməni itirən yük maşınının sürücüsü orta yaşlı qadını vuraraq öldürüb.

 

Əraziyə polis əməkdaşları cəlb ediliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Chosen
121
25
modern.az

10Sources